Yalançı sülh iddiaları fonunda İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsinə raket zərbəsi endirib.
Bu barədə İsrailin Silahlı Qüvvələr Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hücum müəyyən bir hədəfə yönəlib. Məqsəd Nuseyrat qaçqın düşərgəsi yaxınlığındakı “İslami Cihad” hərəkatının silahlı bir üzvünü məhv etmək olub.
İsrail tərəfinin məlumatına görə, həmin şəxs İsrail Müdafiə Qüvvələrinin qoşunlarına qarşı hücum planlaşdırıb.
Təbii sülh imzalanan gündən bu tip iddialarla İsrail dəfələrlə sülh sazişini pozub və bu hal da onlardan biridir. Bu isə təsadüf hesab olunmamalıdır. Eyni fakt Livanla da yaşanır. Aylar öncə Livanla bağlanılan sülh yüzlərlə dəfə İsrail tərəfindən pozulmağda davam edir. Bunun isə bir səbəbi var, İsrail qanunlara hörmətlə yanaşmır və buna görə qınanmayacağından əmindir.
İsrail Qəzza zolağının mərkəzinə raket zərbəsi endirib