İsrailin Kiprə 400 kilometr mənzilli uzun mənzilli hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi bildirilir. Bu barədə yerli media məlumat yayıb.
İsrail mediasının məlumatına görə, bu sistemlər eyni vaxtda dronlar, qırıcı təyyarələr və qanadlı raketlərlə mübarizə apara bilir. Beləliklə, İsrail sistemlərinin əhatə dairəsi Türkiyə hava məkanının bir hissəsini əhatə edir. Bu addımın Təl-Əvivin Ankara ilə potensial böhranı idarə etməyə hazırlığı barədə mesaj verdiyi deyilir.
Daha əvvəl türk analitik Bülent Orakoğlu 30 sentyabrda verdiyi qiymətləndirmədə İsrail ilə Cənubi Kipr Yunan Administrasiyası arasındakı əməkdaşlığı Ankara üçün təhdid kimi xarakterizə etmişdi. Orakoğlu bildirib ki, "Nikosiya ilə Təl-Əviv arasındakı hərbi əməkdaşlıq Şərqi Aralıq dənizində Türkiyə Hərbi Hava Qüvvələri üçün ciddi təhlükə yaradır".
Türkiyənin "Yeni Şafak" qəzetində dərc olunan təhlilində Orakoğlu İsrailin "Barak MX" hava hücumundan müdafiə sisteminin ikinci partiyasının strateji əhəmiyyətini vurğulayaraq, sistemin Limasol limanı vasitəsilə quru yolu ilə Kipr Rum Administrasiyasına ağır təhlükəsizlik tədbirləri altında daşındığını bildirib.
Orakoğlu həmçinin Limasol limanından çıxan hərbi maşınların görüntülərinin sosial mediada paylaşıldığını da bildirib.
Təl-Əviv rejimi Türkiyəni təhdid edir: Kiprə qabaqcıl hava hücumundan müdafiə sistemləri yerləşdirib