Jurnalist Əfqan Muxtarlı ona qarşı yeni cinayət işinin açılacağını deyir.
Bu barədə jurnalist Xədicə İsmayıl "Facebook" səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, Əfqan Muxtarlı zəng vuraraq vəkilləri ilə görüşmək istədiyini deyib:
"Əfqan Muxtarlı zəng etdi və vəkili ilə görüşmək istədiyini dedi. O, özünə qarşı yeni cinayət işi açılacağını ehtimal edir".
Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib.
Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Ə.Muxtarlının həbsini pisləyərək, Azərbaycan hökumətini onu azadlığa buraxmağa səsləyiblər.
Əfqan Muxtarlıya yeni cinayət işi açılır?
Oxşar xəbərlər