"Turan Tovuz" qələbə qazandı

Futbol üzrə Misli Premyer Liqasında IX tura start verilib.

Günün ilk matçı "Karvan-Yevlax"la "Turan Tovuz" komandaları arasında baş tutub.

Şamaxı şəhər stadionunda oynanılan görüş saat Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı mominal meydan sahibləri açıblar. 69-cu dəqiqədə Şakil Sno fərqlənib. Qonaqların qollarını isə 71-ci dəqiqədə Alexandro Serrano, 77-ci dəqiqədə Roberto Olabe vurublar.

Bu nəticədən sonra Tovuz klubu 18 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Yevlax təmsilçisi isə 5 xalla 11-ci sırada qalıb.

Günün digər oyununda "Kəpəz" Qəbələ şəhər stadionunda "İmişli"ni sınağa çəkəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.

Gəncə klubu 3 xalla sonuncu - 12-ci sırada yer alıb. İmişlinin eyniadlı komandası isə 9 xalla 8-cidir.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 25-26-da keçiriləcək.