Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov bürünc medala layiq görülüb.

İdmançımız Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qaşim Maqomedov dünyanın ən güclü idmançıları ilə mübarizədə fərqlənib.