Dünyanın ən böyük məzarlığı İraqda yerləşir. Nəcəf şəhərində yerləşən “Vadi-üs-Salam” dünyadakı ən böyük qəbiristanlıq hesab edilir.
Mənası “Sülh vadisi” olan məzarığın sahəsi təqribən 6,01 km²-dir (601,16 hektar).
İnsanların son mənzili olan bu yer möminlərin əmiri İmam Əlinin (ə) mübarək məzarının yerləşdiyi hərəminin yaxınlığında formalaşıb.
Burada dəqiq şəkildə nə qədər insanın dəfn edildiyi bilinməsə də, təxminlərə əsasən 8 milyon şəxs “Vadi əs-Salam”da torpağa tapşırılıb.
14 əsrlik tarixi olan bu məzarlıq təkcə iraqlı müsəlmanlar yox, həmçinin dünyanın müxtəlif bölgələrindən olan Əhli-Beyt (ə) aşiqləri də dəfn edilib.
Hud və Saleh peyğəmbərlərin (ə) mübarək məzarları da burada yerləşir.
Bura həmçinin UNESCO Ümumdünya İrsi siyahısına namizəd statusuna sahibdir.
Bəzi məlumatlara görə, ABŞ-ın İraqa hərbi təcavüzü zamanı bu qəbiristanlıqda hər gün 200-250 iraqlı basdırılırdı, 2010-cu ildə isə bu rəqəm gündəlik 100 nəfərədən enib. Müharibə illərində ABŞ ordusu bu məzarlığa zərbələr endirərək böyük sayda məzarın dağılmasına səbəb olub.
Dünyanın ən böyük məzarlığı – “Vadi-üs-Salam”