Çeçenistanda qadınlar və qızlarla milli və dini geyim ənənələrinə riayət etməyin vacibliyi barədə mənəvi söhbətlər aparılacaq.
Rusiya Federasiyası Çeçenistan Respublikasının gənclər məsələləri üzrə nazirin birinci müavini Amir Suqaipov məlumat verib.
O bildirib ki, bu mənəvi söhbətlər baş örtüyü – hicab taxmayan, beləliklə də çeçen ənənə və mədəniyyətinə əməl etməyən qadınların özləri ilə və onların valideynləri ilə aparılacaq.
“Saçlarını açan və baş örtüyü olmadan küçəyə çıxan qızların əksəriyyəti bununla daha gözəl göründüklərini düşünür. Amma bu belə deyil. Estetik baxımdan, din baxımından, həmçinin çeçen adət və ənənələrinə görə — başı örtülü qız daha ləyaqətli və daha gözəl görünür”, – deyə o qeyd edib.
O, həmçinin vurğulayıb:
“Biz xeyirxah niyyətlərlə hərəkət edirik. Razılaşın ki, başı örtülü, mədəni və təvazökar geyinmiş bir qız görmək xoşdur. Kimlər ki, dinləmək istəməyəcək, onlarla və onların valideynləri ilə ayrıca söhbətlər aparılacaq. Biz bacılarımız üçün narahatıq və onlara qayğı göstəririk. Bütün bu təşəbbüs yalnız onların xeyrinədir. Bəli, elələri var ki, bunu dərhal anlamır, amma məqsədimiz onlara bu mövqeyi mehriban və izahlı şəkildə çatdırmaqdır”.
Çeçenistanda hicabsız xanımlarla mənəvi söhbətlər aparılacaq