ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun xaricə səfərinə qoyulan qadağını pisləyib.
O, Azərbaycan hakimiyyətini bu məhdudiyyəti aradan qaldırmağa çağırıb.
A.Dezir özünün Twitter səhifəsində qeyd edib ki, M.Hüseynov onun ofisi tərəfindən Vyanada jurnalistlərin təhlükəsizliyilə bağlı konfransa dəvət edilib.
Xatırladaq ki, aprelin 9-da M.Hüseynovu ölkədən buraxmayıblar. O, Berlin, Strasburq və Vyanada bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək üçün Berlin aviareysilə getməliydi.
Mehman Hüseynov Nəsimi rayon polis rəisinin iddiası ilə iki il həbs cəzası çəkdikdən sonra martın 2-də azadlığa buraxılıb.
O, Amnesty International tərəfindən "vicdan məhbusu" kimi tanınıb.
Arlem Dezir Mehman Hüseynovun xaricə səfərlərinə qoyulan qadağının ləğvinə çağırıb

Oxşar xəbərlər