İran ABŞ hücumlarına cavab olaraq Bəhreynin beşinci hərbi donanmasına hücum edib

İranın Hərbi Dəniz Qüvvələri ABŞ-ın hücumlarına cavab olaraq, Bəhreynin beşinci hərbi donanmasına pilotsuz uçuş aparatı ilə hücum edib.

Bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Bu ərazinin hədəfə alınmasına səbəb bu gecə İran ərazilərinin vurulması ilə müşahidə olunan hərbi təyyarələrin uçuşunun məhz Bəhreynin beşinci hərbi donanmasından gerçəkləşməsi göstərilir.

Xatırladaq ki, ötən gün İran Hörmüz boğazı yaxınlığında ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmuşdu. ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri bu addıma cavab olaraq bu gecə Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və müşahidə radarlarına hava zərbələri endirib.