Naxçıvan Beynəlxalq Hava Limanının vəzifəli şəxslərinə qarşı cinayət işi açıldığı, bilet satışından məsul olan 4 əməkdaşın isə saxlanıldığı bildirilir.
"Gündəlik Naxçıvan"ın hava limanında çalışan mənbəyə istinadən verdiyi məlumata görə, buna səbəb saxlanılan şəxslərin prezidentin köməkçisi Anar Ələkbərovun xalasına Naxçıvan–Bakı reysi üçün 60 manatlıq bileti 200 manata satması olub.
Mənbənin dediyinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin apardığı yoxlamalar zamanı hava limanında bilet satışı ilə bağlı 2 milyon manatdan çox korrupsiya aşkarlanıb, bundan sonra hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.
Bilet satışından məsul olan saxlanılan şəxslərin artıq sərbəst buraxıldığı, lakin Naxçıvandan çıxış qadağası tətbiq olunduğu bildirilir.
Məsələ ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur.
Naxçıvan Beynəlxalq Hava Limanı 2024-cü ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyinə verilib.
Naxçıvan Beynəlxalq Hava Limanının vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb, saxlanılanlar var