İraqda iki azərbaycanlı qadın edam olunacaq

İraq məhkəməsi 2 azərbaycanlı və 3 özbəkistanlı qadın barəsində edam hökmü çıxarıb.
 
Bu barədə İraqın "Əl-Sumaria" telekanalına Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Bixtər məlumat verib.
 
Bununla yanaşı iki rus, iki azərbaycanlı və 1 fransız qadın isə ömür boyu azadlıqdan məhrum edilib.
 
Onlar İŞİD-lə əlaqədə olmaqda və ölkəyə qeyri-qanuni yollarla keçməkdə ittiham olunurlar.