Pentaqon Suriyada və İraqdakı hərbçilərinin sayını açıqladı

Suriyada və İraqda 5 minə yaxın ABŞ hərbçisi var.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Dana Uayt bildirib.

D.Uayt deyib: "Suriyada və İraqda bizim sayımız 5 minə yaxınndır. Bu rəqəm təxminidir". Mərbuat katibi hər ölkədə olan hərbçilərin sayını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, ABŞ İraqd və Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə aparır.