İŞİD-lə əlaqədə günahlandırılan Türkiyə vətəndaşı olan 4 qadın İraq həbsxanasında öldü - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD-lə əlaqəli olduqları iddiasıyla İraqda həbsxanasında saxlanılan Türkiyə vətəndaşı olan 4 qadın ölüb. Ölüm xəbəri verilən qadınların 2 uşaq anası Rüveyda Doğan (25), hamilə olduğu məlum olan Kubra Əkinçi (22), itkin düşdüyü güman edilən İpək Özalan (24) və 1 uşaq anası Şükriyyə Çatal (20) olduğu qeyd edilib.

Onların ölüm səbəbləri açıqlanmayıb, qadınların edam nəticəsində və ya yoluxucu xəstəlikdən öldüyü hələ də bilinmir. Qeyd edək ki, İraq həbsxanalarında İŞİD-lə əlaqədə günahlandırılan Türkiyə vətəndaşı 328 qadın və 608 uşağın olduğu bildirilir. Rəsmi rəqəmlərə görə isə bu qadınların sayı 279-dur. 

İŞİD-lə əlaqədə günahlandırılan Türkiyə vətəndaşı olan 4 qadın İraq həbsxanasında öldü - Foto

İŞİD-lə əlaqədə günahlandırılan Türkiyə vətəndaşı olan 4 qadın İraq həbsxanasında öldü - Foto