İraqda üç türk diplomatı öldürüldü

İraqın Kürdüstan bölgəsində Türkiyə diplomatlarına qarşı hücum olub.

Habertürk” xəbər verir ki, Ərbil şəhərində Türkiyə konsulluğunun işçilərinin olduğu restorana edilmiş silahlı hücum nəticəsində üç türk diplomatı həlak olub.

 

Hücum səsboğucu silahlarla silahlanmış iki şəxs tərəfindən törədilib.

Hadisə terror aktı kimi qiymətləndirilib. İlkin ehtimallara əsasən, hücumun arxasında PKK terror təşkilatı durur.