İraqda 6 azərbaycanlı qadına ağır cəza verildi

Bağdad Mərkəzi Cinayət Məhkəməsi 6 azərbaycanlı qadınla bağlı qərar qəbul edib. 

Rakurs.tv "Al Quds Al Arabi”yə istinadən xəbər verir ki, onlar ömürlük azadlıqdan məhrum edilib.

Məlumata görə, Bağdad Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan 29 xarici vətəndaşın işinə baxıb. Onların arasında 6 azərbaycanlı qadınla yanaşı, 19 Rusiya və 4 Tacikistan vətəndaşı olub. Onların hamısı ömürlük azadlıqdan məhrum edilib. 

Uşaqları ilə birlikdə iclasa gələn qadınlar öz istəkləri ilə deyil, İŞİD-ə qoşulmuş ərləri tərəfindən İraqa gətirildiklərini bildiriblər.

Qeyd edək ki, bundan əvvəl İraqda 5 azərbaycanlı qadın eyni səbəbdən edam cəzasına məhkum edilib.