İsrail ordusu yenidən atəşkəsi pozaraq Livana zərbələr endirib

İsrail ordusu növbəti dəfə atəşkəsi pozaraq 9 dekabr gecəsi Livanın cənubuna bir sıra zərbələr endirdiyini açıqlayıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələrin Hizbullahın hərbi hədəflərinə yönəldiyi bildirilib. Məlumata görə zərbələrin hədəfi Radvan xüsusi təyinatlı qüvvələrin üzvlərinə təlim keçmək üçün istifadə edilən düşərgə olduğu iddia edilir.

“Bu obyektlərin sərhəd bölgələrində yerləşdirilməsi və orada hərbi təlimlərin keçirilməsi İsrail ilə Livan arasında atəşkəs sazişinin pozulmasıdır və İsrail dövləti üçün təhlükə yaradır", - məlumatda deyilir.

Xatırladaq ki, atəşkəs imzalanandan günümüzə qədər olan dövrdə Hizbullah tərəfindən hələ heç bir atəşkəsin pozulması qeydə alınmayıb.