İraqda bülletenlər yandı - Səslər yenidən sayılacaq

Ötən gün Bağdadda seçki bülletenlərinin əksəriyyətinin saxlandığı anbarda baş vermiş yanğının qəsdən törədildi bildirilir.

Teleqraf.com xəbər verir ki, ölkə rəhbərliyi bülletenlərə ciddi ziyan dəymədiyini, lakin onların yenidən sayılacağını bəyan edib.

Qeyd edək ki, İrqda mayın 12-də keçirilmiş parlament seçkilərində şiə lider Müqtəda əs-Sədrin başçılıq etdiyi blok qalib gəlib. Bu isə digər siyasi partiyaların ciddi narazılığına səbəb olub. Onlar seçki komissiyalarını bülletenlərin sayılmasında saxtakarlığa yol verməkdə ittiham ediblər.

İraq parlamentinin sədri baş vermiş yanğından sonra səslərin yenidən sayılacağını bəyan edib. Müqtəda əs-Sədrin nümayəndələri isə yanğının qəsdən törədildiyini və səslərin yenidən sayılmasına ehtiyac olmadığını bildiriblər.