İŞİD sünnilərə xəbərdarlıq etdi

İŞİD parlament seçkilərindən əvvəl iraqlı sünnilərinə xəbərdarlıq edən səs yazısını yayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatı sünniləri 12 may tarixində keçiriləcək parlament seçkilərindən uzaq durmağa çağırıb.

Verilən məlumata görə, İŞİD sözcüsü Əbu Həsən Əl Mühacir səs yazısında seçki keçiriləcək məkanların və seçkidə iştirak edəcək hər kəsin hədəf olacağını açıqlayıb. Buna görə sünniləri hadisə yerində olmamağa çağırıb.

İŞİD seçkilərdə iştirak edən namizəd, seçici, səlahiyyətli olan hər kəsi özünə düşmən hesab etdiyi ilə bağlı bir daha xəbərdarlıq edib.