Bakıda kafedə baş verən partlayışda xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın dünyasını dəyişib.
Bu barədə Trend-ə Respublika Yanıq Mərkəzindən məlumat veriblər.
Məlumata görə, hadisə nəticəsində bədən səthinin 95 faizi yanan,1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı xəstəxanada dünyasını dəyişib. Qadının meyiti ailəsinə təhvil verilib.
Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.
Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.
Hadisədən bir gün sonra yaralılardan biri, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu xəstəxanada dünyasını dəyişmişdi.
Partlayışla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb və bir nəfər hadisədə təqsirli bilinərək saxlanılıb.
Kafedə partlayışda ağır xəsarət almış qadın öldü

Oxşar xəbərlər