Sabirabadda traktor aşdı, 6 qadın öldü

Qadınların pambıq tarlasına işləməyə getdiyi bildirilir

Mayın 7-də səhər saatlarında Sabirabadda yol-qəza hadisəsi baş verib. Traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər ölüb.

Ölənlərin hamısı qadındır. Ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

Onların suda boğularaq öldüyü bildirilir.

APA-nın məlumatına görə, Şəhriyar qəsəbə sakini Əjdər İmanov traktorla ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.