Xristian qadın müsəlman ölkəsində vəzifəyə gətirildi

Misir prezidenti Əbdüllətif Əl Sisi ölkədə ilk dəfə xristian qadını vali vəzifəsinə təyin edib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Menal Avad Mixail Dumyat valisi kimi təyin edilib və and içərək vəzifəsinin icrasına başlayıb. 
 
Qeyd edək ki, 2011-ci ildə xristian İmad Mixailin vali kimi təyini nümayişlərə səbəb olmuşdu. 
 
Dindar ölkədə xristianların vəzifəyə gətirilməsi hakimiyyətin güclənməsi kimi dəyərləndirilir.