İraqın şimalında 14 İŞİD-çi məhv edilib

İraq ordusu ölkənin şimalında yerləşən Neynəva əyalətinin əl-Hədr rayonunda 14 İŞİD terrorçusunu məhv edib. Bu barədə "RİA Novosti" agentliyi ölkənin təhlükəsizlik xidmətinə istinadən yazıb. 

Məlumatda bildirilir ki, hazırda həmin əraziyə İraq aviasiyası zərbələr endirir. 

Qeyd edək ki, terrorçulara qarşı əməliyyatda terrorizmlə mübarizəsinin xüsusi bolməsi iştirak edir.