İran İraqla sərhədi bağladı

İran İraqdakı nümayişlər səbəbilə Mehran sərhəd qapısını bağlayıb.
 
Qaynarinfo xəbər verir ki, qərarın neçə gün qüvvədə olacağı barədə məlumat verilməyib. 
 
Eyni qərar 3 oktyabrda da qəbul olunmuş, 3 gün sonra İraqla bağlanan sərhəd qapıları yenidən açılmışdı.
 
Qeyd edək ki, İran ötən gün vətəndaşlarına İraqa səyahət etməmək barədə xəbərdarlıq edib.