İraqda parlament seçkiləri keçirilir

İraq ötən il İŞİD terror təşkilatı üzərində gerçəkləşdirilən qələbədən sonra ilk parlament seçkilərini həyata keçirir.
 
BBC-yə istinadən xəbər verilir ki, İraqla birlikdə İraq Kürd Bölgə İdarəsində də seçkilər keçirilir. İraq parlamentindəki 329 yer üçün 7 min namizəd mübarizə aparır. 37 milyon əhalisi olan İraqda 24 milyon seçici var. 
 
Yerli vaxtla saat 07:00-da başlayan seçki axşam 19:00-dək davam edəcək.