10 January 2023

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoldaşlıq oyununu keçirib.

Operativtv.com Reporta istinadən məlumatına görə, "ağ-qaralar" Macarıstanın "Vaşaş" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 24-cü dəqiqədə Azərbaycan təmsilçisindən Kenni Sayef açıb. Rəqib 67-ci dəqiqədə bərabərlik qolunu vurub.

İsrail ordusu ölkənin şimalında təlimlərə başlayır

İsrail ordusu yanvarın 11-də ölkənin şimal bölgələrində Livan sərhədi yaxınlığında təlimlər keçirəcək.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Təlimlər Qaliley zirvəsi ərazisində baş tutacaq. Manevrlər zamanı Dov dağı bölgəsində artilleriya atəşi aparılacaq.

Təlimlər əvvəlcədən planlaşdırılıb və 2023-cü ilin hərbi hazırlığı planına daxil edilib.

İran kəşfiyyatı ölkədə Mossada bağlı daha iki qrupu ələ keçirdiyini bildirib

İran kəşfiyyatı ötən dekabr ayında dörd, son günlərdə isə daha iki cəsus qrupunu ələ keçirdiyini bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən dekabr ayında Mossada işləyən dörd cəsus əməliyyat qrupunun aşkarlanması və üzvlərinin ələ keçirilməsindən sonra daha iki qrup ələ keçib.

Rusiyadan buğda daşıyan gəmilər Pakistana çatıb

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiyadan yola düşən və 300 min ton buğda daşıyan iki yük gəmisi Pakistana çatıb.

Yerli KİV-də yer alan xəbərlərə görə, Rusiyadan Pakistana 300 min ton buğda daşıyan 2 yük gəmisi Kəraçi limanına yan alıb.

Rəsmilər martın 30-dək Rusiyadan daha 400 min ton buğdanın Qvadar limanına çatacağını açıqlayıb.

İraq Məhkəməsi Donald Trampın saxlanılması qərarını verib

General Qasim Süleymani və İraqın Haşd-Şabi qüvvələrinin yüksək rəsmisi Əbu-Mehdi əl-Müəhəndisə qarşı terror hücumu əmrini verən ABŞ prezidenti Donald Trampın saxlanılma qərarı verilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın Məhkəmə Şurasının sədri Muslim Mutib Tehrana səfəri zamanı deyib.

Norveç İnsan Haqları Evi Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azadlığa buraxmağa çağırır

 "Biz Bəxtiyar Hacıyevə qarşı siyasi motivli işdən narahatıq və onun Azərbaycan hakimiyyəti tərəfindən dərhal azadlığa buraxılmasına çağırırıq". Operativtv.com Turana istinadən bu barədə Norveç İnsan Haqları Evinin Twitter səhifəsindəki yazıda deyilir.

"Bakı Apellyasiya Məhkəməsinin evə buraxılması ilə bağlı vəsatətin rədd edilməsi barədə qərarından sonra Hacıyev dünən aclıq aksiyasını bərpa edib", deyə məlumatda əlavə edilib.

Hizbullahdan Fransanın "Charlie Hebdo" jurnalına sərt reaksiya

Livan Hizbullah Hərəkatı Fransanın “Charlie Hebdo” jurnalının İslam İnqilabının lideri Ayətullah Xameneini təhqir etməsini pisləyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Livan Hizbullah Hərəkatının verdiyi açıqlamada Fransanın "Charlie Hebdo" jurnalının çirkin hərəkətinə sərt reaksiya verilib.

Fransa jurnalının Ayətullah Xameneiyə qarşı təhqiramiz hərəkətini pisləyən bəyanatda bildirilib:

Özünü imam Mehdi kimi təqdim edən şəxsin məhkəməsi: "Ona hər ay 30 manat zəkat verirdim"

"Özünü imam Mehdi kimi təqdim edən şəxsi futbolda tanımışam və hər ay 30 manat zəkat vermişəm".

Operativtv.com Reporta istinadən xəbərinə görə, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Ramil Seyidov deyib.

İmran Xan həbs oluna bilər

Pakistanın keçmiş Baş naziri İmran Xan və müxalif Ədalət Hərəkatı Partiyasının bir sıra liderləri haqqında məhkəmə sistemini təhqir etməyə, hörmətsizliyə görə Pakistan Seçki Monitorinq Komissiyası həbs barədə order verib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, keçmiş Baş nazir və onun partiya yoldaşları girov qarşılığında sərbəst qala bilər.

İsrail işğal altında olan İordan çayının qərbində 16 fələstinlini həbs edib

 İsrail qüvvələri son sutka ərazində işğal altında olan İordan çayının qərbində azı 16 fələstini həbs ediblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri öncəki günlərdə olduğu kimi son sutkada da müxtəlif bölgələrdə həyata keçirdiyi basqında azı 16 fələstinlini həbs edib.

Gündəmi dəyişmə cəhdi

Artıq bu siyasətdə özünü təsdiqləmiş praktiki bir haldır- ölkənin gündəmini dəyişmək istəyənlər xalq üçün həssas olan bir mövzunu diqqətə çəkirlər. Bunun üçün zatən ünvanına deyilən təhqirlərə alışmış kadr işə salınmalı, kütlənin hissiyatına toxunan fikir söylənilərək əsas mövzunu ikinci dərəcəli mövzuya çevrmək tələb olunur. Bu hakim dairələrin qlobal cinayətlərində istifadə edərək xalqın düşüncəsini yalnış tərəfə çəkməkdə effektiv metod olaraq tanınır.

Rusiya nefti dünya qiymətlərinin yarısına satılır

Rusiyanın "Urals" neftinin bir bareli yanvarın 6-da 38 dollardan aşağı satılıb. Bu, Moskvanın Ukrayna müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün Avropa İttifaqı  və G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanından aşağıdır. 

Toplum TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Argus" müstəqil qiymət agentliyinin məlumatlarına istinadən xəbər verir.

Səudiyyə Ərəbistanı 2023-cü il Hacc kvotasında heç bir məhdudiyyətin olmayacağını açıqlayıb

Koronavirus epidemiyası səbəbindən Ər-Riyad rəhbərliyi son iki ildə zəvvar məhdudiyyəti yaradaraq  keçən il kvotanı bir milyonla məhdudlaşdırmişdı. Səudiyyə Ərəbistanının Hacc və Ümrə naziri Tövfik bin Fövzan ər-Rabia Ər-Riyadda keçirdiyi mətbuat konfransında bu il hacc mövsümü üçün yaş məhdudiyyəti də daxil olmaqla heç bir məhdudiyyətin olmayacağını bildirib.

İran Parlamentinin sədri: Azərbaycanla İran arasında anlaşılmazlıqlar aradan qaldırılıb

 “Son zamanlarda Azərbaycanla bəzi anlaşılmazlıqlar yaranıb ki, bu məsələlər də aradan qaldırıldı. Gələcəkdə Bakıya səfərim olacaq.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyədən Tehrana geri dönən İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Prays: "ABŞ İran və Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın qarşısını alacaq"

ABŞ administrasiyası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığın qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

Din-dövlət münasibətləri: Problemlər və həlli (2-ci hissə)

Din xalqın milli-mənəvi dəyəri olsa da, zamanla müəyyən idioloji təsirlərə məruz qalaraq yanlışlıqlara tuş gəlir. Sovetlərin böyük gözdənsalma mexanizmi bu işin əvvəlini ruhaniləri, elm adamlarını ölkənin siyasi fiqurları olaraq silməklə dini inancın təsirini lokallaşdırıb, ardınca yaratdığı qorxu mühiti ilə bu təsiri tamamilə boğur. Sonrakı dövrlərdə məlumatsız cəmiyyətdə dinin istənilən təhrifə, yanlış, xürafata qarışdırma cəhdi və ya cəmiyyətdə gerilik əlaməti kimi təqdimatla o, din və cəmiyət arasında böyük boşluq əmələ gətirə bilir.