İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutulub

Beynəlxalq koalisiya qüvvələrinin istifadəsində olan və ölkənin qərbində, Ənbar vilayətində yerləşən İraqın Əyn əl-Əsəd aviabazası raket atəşinə tutulub.

Bu barədə “Shafaq News” portalı hüquq mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mərmilərin atıldığı ərazinin müəyyən edilməsi üçün əməliyyata başlayıb.

Əldə olunan məlumata görə ABŞ qüvvələrinin də yerləşdiyi aviabazaya ən azı iki raket atılıb, onların növü məlum deyil.

Hadisə zamanı dəymiş maddi ziyan və ya hücumun arxasında kimin ola biləcəyi barədə məlumat verilməyib.

 

 

 

APA