İranın Mazandaran əyalətində iğtişaşları planlamaqda ittihamlandırılan şəxsə edam hökmü oxunub

 “Mazandaran əyalətinin Noşəhr şəhərində iğtişaşçıların lideri haqda edam hökmü çıxarılıb.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Mazandaran əyalətinin Baş Prokurorluğu məlumat verib.

Bildirilib ki, Nöşəhrdə iğtişaşçıların liderlərindən biri Cavad Ruhi adlı şəxs şəhərdə beş nəfərin ölümü və digərlərinin yaralanması ilə nəticələnmiş iğtişaşları təşkil etmiş, bu istiqamətdə davamlı çağırışlar və təşviqlər etmiş və son günlərdə edama məhkum edilmişdir.

Bu şəxs milli təhlükəsizliyə zərbə vurmaqla, ümumi əmlakın dağıdılması və yandırılması, ümumi asayişi və təhlükəsizliyi pozmaq, təxribat, digərlərini təxribata və təhlükəsizliyi pzomağa təşviq və sair addımlar atmaqla “yer üzündə fəsad” törətmək ittihamı ilə ittihamlandırılıb.