Norveç İnsan Haqları Evi Bəxtiyar Hacıyevi və Tofiq Yaqublunu azadlığa buraxmağa çağırır

 "Biz Bəxtiyar Hacıyevə qarşı siyasi motivli işdən narahatıq və onun Azərbaycan hakimiyyəti tərəfindən dərhal azadlığa buraxılmasına çağırırıq". Operativtv.com Turana istinadən bu barədə Norveç İnsan Haqları Evinin Twitter səhifəsindəki yazıda deyilir.

"Bakı Apellyasiya Məhkəməsinin evə buraxılması ilə bağlı vəsatətin rədd edilməsi barədə qərarından sonra Hacıyev dünən aclıq aksiyasını bərpa edib", deyə məlumatda əlavə edilib.

Bundan əlavə, təşkilat tanınmış fəal Tofiq Yaqublunu dərhal azad etməyə və bütün ittihamları ləğv etməyə çağırıb.

Təşkilat xatırladır ki, Tofiq Yaqublu dekabrın 23-də dinc yolla Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb etdiyinə görə həbs edilib. O, yanvarın 5-dən aclıq aksiyası keçirir və vəziyyəti pisləşib.