"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoldaşlıq oyununu keçirib.

Operativtv.com Reporta istinadən məlumatına görə, "ağ-qaralar" Macarıstanın "Vaşaş" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 24-cü dəqiqədə Azərbaycan təmsilçisindən Kenni Sayef açıb. Rəqib 67-ci dəqiqədə bərabərlik qolunu vurub.

Qeyd edək ki, "Neftçi" Antalyada daha 3 yoxlama matçında qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də Polşanın “Medz Leqnitsa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə üz-üzə gələcək.