Fransalı idmançı Sunkamba Silla hicablı olduğu üçün Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb .
26 yaşlı idmançı ölkəsində təşkil olunan Olimpiya Oyunlarına vəsiqə qazandığını, lakin hicablı olduğu üçün açılış mərasimində iştirak edə bilməyəcək.
Fransa Olimpiya Komitəsi bildirib ki, həll yolu tapmaq üçün Silla ilə danışıqlar davam edir.
Xatırladaq ki, Fransada tam üz örtüyünə qanuni qadağa var (red. 2011-ci ilin aprelindən). Həmçinin Fransada dövlət təhsil müəssisələrində niqab və hicab taxmaq qadağandır. İdmançılara yarışlar zamanı hicab geyinmək də qadağandır. Bununla belə, Olimpiya kəndinin ərazisində hicab geyinməyə icazə verilir.
Daha əvvəl keçirilən Atletika üzrə Avropa Çempionatında Silla başını tamamilə örtən xüsusi papaqda yarışırdı.
Qeyd edək ki, Silla Olimpiya Oyunlarında qadınlar arasında 4x400 m estafet yarışlarında mübarizə aparacaq.
Fransa hicaba görə idmançını Olimpiya Oyunlarının açılış mərasiminə buraxmayıb