22 November 2022

İmam Hüseyn (ə) ziyarətgahının başsağlığı məktubu Şiraza çatdırıldı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahının başsağlığı məktubu Şiraza çatdırılıb.

İmam Hüseyn (ə) ziyarətgahının nümayəndə heyəti Ayətullah Seyid Sistaninin nümayəndəsi Şeyx Əbdülmehdi əl-Kərbəlayinin və müqəddəs ziyarətgahın rəhbərliyinin başsağlığı məktubunun qanuni hamisinə çatdırmaq üçün İranın cənubundakı Şiraz şəhərinə səfər edib.

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verdi

Məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə İngiltərənin "Mançester Yunayted" komandası arasında bağlanan müqavilə pozulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilir. 

Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Klub portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

KTMT sammiti və Putinin səfəri öncəsi İrəvanda etiraz aksiyası

Sabah İrəvanda keçiriləcək KTMT sammiti öncəsi Milli-Demokratik Qütb bu gün etiraz aksiyası keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Qaregin Njdenin heykəlinin yanından başlayan yürüş iştirakçıları anti-Rusiya şüarları səsləndirib: “düşmən Rusiya”, “düşmən KTMT” sentyabrda baş verən qanlı toqquşmalardan sonra həmin hərbi ittifaqın heç bir dəstək göstərmədiyini bildirib. 

MN: Erməni silahlıları Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı istiqamətlərində mövqelərimizi atəşə tutub

Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Səbuhi Səlimov 17 il müddətinə azadlıqdan məhrum edilib (yeniləndi)

 

Xəbər verdiyimiz kimi bu gün birinci Qarabağ müharibəsi qazisi Səbuhi Səlimovun məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədirliyi ilə baş tutan məhkəmədə S. Səlimova hökm oxunub. Belə ki, cinayət məcəlləsinin 274 -cü maddəsi, dövlətə xəyanətdə ittiham olunan fəal 17 il müddətinə azadlıqdan məhrum edilib. 

 

***********************************************************************

 

Fransada Türk məscidinə hücum oldu

Fransanın Şimalındakı Orne bölgəsinnin Flert kəndində yerləşən Fransız-Türk məscidinə irqçi hücum olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, hücumdan bir gün öncə məscidin divarlarına İslam əleyhinə, nasist yönlü yazılar yazılıb. Orne qubernatorluğu hücumu pisləyərək bəyanat verib. Həmçinin müsəlmanlara qarşı hərəkətlərin qarşısının alınması üçün dövlət strukturlarının ayıq-sayıq olacağını bildirib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Azərbaycanın bu qərarı Fələstin diplomatiyasının yeni qələbəsidir – Riyad Əl-Malki

Fələstinin xarici işlər naziri Riyad Əl-Malki Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinın açılması qərarını alqışlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən məlumat verir ki, Əl-Malki bunu paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması yolunda Fələstin diplomatiyasının yeni qələbəsi və iki dost ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi kimi qiymətləndirir.

Messi dünya rekordunu təkrarlayıb

Lionel Messi DÇ-2022-də ilk oyununa çıxmaqla dünya rekordunu təkrarlayıb.

Operativtv.com Apasport.az-a istinadən məlumatına görə, Argentina yığmasının hücumçusu Səudiyyə Ərəbistanı ilə hazırda davam edən qarşılaşmaya start heyətində çıxıb.

Bu, Lionelin iştirak etdiyi 5-ci dünya çempionatıdır. Cənubi amerikalı bu göstəricidə rekorda şərik çıxıb.

ABŞ Dövlət Katibliyi Türkiyəni Suriyanın şimalında əməliyyatı dayandırmağa çağırıb

Vaşinqton: "Biz Suriyada sabitliyi pozan istənilən hərbi əməliyyata qarşıyıq."

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar Suriyada sabitliyi pozan istənilən hərbi əməliyyata qarşı çıxır.

Sepah İraqdan ABŞ və İsrailin dəstəklədiyi separatçı birləşmələri çıxartmasını istəyib

 İran İslam İnqilabı Keşikçiləri Ordusu İraqı Amerikanın və İsrailin dəstəklədiyi qruplaşmaları çıxartmağa çağırıb və əks təqdirdə hücumların davam edəcəyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Ordusunun Baş Komandanının müavini, briqada generalı Əli Fədəvi Mehr-ə deyib.

Dövlət ittihamçısı Əli Əliyevin 4 il azadlıqdan məhrum edilməsini istəyib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, çərşənbə axşamı Vətəndaş və İnkişaf Partiyasının  lideri Əli Əliyevin işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edərək Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O həmçinin yeni iş üzrə cəzanın (3 il 11 ay) əvvəlki cinayət işi üzrə cəzanın çəkilməmiş hissəsilə birləşdirilməsini təklif edib.

MTN generalının cinayət işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Şahmat üzrə Azərbaycan millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.

Operativtv.com Report-a istinadən məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gələcək.

Azərbaycan komandası hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb, ev sahibi isə 4 xalla 3-4-cü yerləri bölüşdürür.

Səudiyyə Ərəbistanının son iki həftədə 12 nəfərin başını qılıncla kəsərək edam etdiyi bildirilir

Səudiyyə Ərəbistanının son iki həftədə 12 nəfərin başını qılıncla kəsərək edam etdiyi bildirilir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, edam edilən şəxslər narkotik maddələrə görə ölüm cəzası alıblar.

İnsan haqları təşkilatı "Reprieve" Səudiyyə rəhbərliyinin dünyanın Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına diqqət mərkəzində olmasından istifadə edərək edamları həyata keçirdiyini bildirib.

İmam Hüseyn (ə) ziyarətgahından əlil qadınlar üçün sığınacaq layihəsi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahı əlil qadınlar üçün 324 nəfərlik sığınacaq binasının layihəsinə start verib.

Bu layihədə müayinə və müalicə otaqları, labaratoriya, kitabxana, yaşıllıqlar və 324 çarpayılıq yataq otaqları nəzərdə tutulmuşdur.

Ziyarətgah Kompleksdən verilən məlumata görə, bu 6 mərtəbəli bina 6570 kvadrat metrlik olmaqla, tikinti sahəsi 13000 kvadrat metr olacaqdır.

Yəməndə limanında partlayış baş verib

Operativtv.com Qərb mediasının mənbələrinə əsasən Yəmənin şərqindəki Hadramut əyalətinin Mukelle şəhərinin şərqində, Səudiyyə-BƏƏ koalisiyasının işğalı altında olan Dabbe limanında partlayış baş verib. Yəmənin əl-Haber əl-Yəməni xəbər saytı  isə yerli mənbələrin pilotsuz təyyarənin Dabbe limanını hədəf aldığını açıqlayıb. Bu hücum xarici neft tankerinin gəlməsindən bir neçə saat əvvəl baş verib. Amerikanın Yəmən neftini talamaq üçün növbəti cəhdi uğursuzluqla nəticələnib.

ABŞ-dan Husilərə: Beynəlxalq dəniz ticarətini təhdid etməyin!

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, ABŞ Yəməndə İranın dəstəklədiyi Husiləri dünya dəniz ticarətinə qarşı təhdidləri və müharibəni dayandırmaq üçün danışıqlar masasına qayıtmağa çağırıb. ABŞ-ın Yəməndəki səfiri Stephen Fagin, bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə Hadramut əyalətindəki Dabbe neft limanına edilən hücumdan sonra verdiyi açıqlamada Husilərin limanlara hücumları, limanlara zərər vermələrinin nəticəsində Yəmənlilərin yanacaq qıtlığının artıracağını deyib.

Rusiya Türkiyəni təmkinli olmağa çağırıb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyəni Suriyada “həddindən artıq hərbi güc” tətbiq etməkdən çəkinməyə və təmkin nümayiş etdirməyə çağırıb. “Biz türk həmkarlarımızı Suriyanın təkcə şimal və şimal-şərqində deyil, bütün regionda gərginliyin artmasının qarşısını almaq üçün müəyyən təmkin nümayiş etdirməyə çağırırıq” - Lavrentyev bildirib.

MN: Ordumuzun mövqeləri atəşə tutulub

Operativtv.com xəbər verir ki, noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.