Yəməndə limanında partlayış baş verib

Operativtv.com Qərb mediasının mənbələrinə əsasən Yəmənin şərqindəki Hadramut əyalətinin Mukelle şəhərinin şərqində, Səudiyyə-BƏƏ koalisiyasının işğalı altında olan Dabbe limanında partlayış baş verib. Yəmənin əl-Haber əl-Yəməni xəbər saytı  isə yerli mənbələrin pilotsuz təyyarənin Dabbe limanını hədəf aldığını açıqlayıb. Bu hücum xarici neft tankerinin gəlməsindən bir neçə saat əvvəl baş verib. Amerikanın Yəmən neftini talamaq üçün növbəti cəhdi uğursuzluqla nəticələnib. Tanker bu limandan nefti talan etdikdən sonra iki milyon barrel xam nefti Avropa bazarlarına ötürmək niyyətində idi.

Sputnik xəbər agentliyi də Səudiyyə-BƏƏ koalisiyasına bağlı mənbədən limanı hədəf alan pilotsuz təyyarənin Ənsarullah hərəkatına aid olduğunu söyləyib. Əl-Haber əl-Yəməni xəbər saytı belə davam edib: “Dabbe limanı ikinci dəfə hücuma məruz qalıb. Təbii ki, bu dəfə də Amerika  Səudiyyə koalisiyasının işğal etdiyi limanlara və neft strukturlarına hücumlar Ər-Riyad hökumətinə ağır zərbə olacaq. Əgər Səna bu hücumun məsuliyyətini üzərinə götürsə, bu, Yəmənin artan hava imkanlarının siqnalı olacaq və bu, Yəmən neftinin talan edilməsinin artıq mümkün olmadığını göstərir. Əlbəttə, Amerika xarici şirkətləri Yəmən sahillərində xarici şirkətlərə dəstəyinə dair təminat vermişdi, lakin bu cür hücumlarla bu iddia şübhə altına alınmağa başlayıb”.