Azərbaycanın bu qərarı Fələstin diplomatiyasının yeni qələbəsidir – Riyad Əl-Malki

Fələstinin xarici işlər naziri Riyad Əl-Malki Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinın açılması qərarını alqışlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən məlumat verir ki, Əl-Malki bunu paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması yolunda Fələstin diplomatiyasının yeni qələbəsi və iki dost ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi kimi qiymətləndirir.

Öz növbəsində, Fələstin XİN-dən qeyd ediblər ki, Ramallah şəhərində Təmsilçilik Ofisinın açılması qərarı Azərbaycanın Fələstinlə həmrəyliyini əks etdirir.

Milli Məclis noyabrın 18-də keçirilən plenar iclasda Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinın açılmasını təsdiq edib.

Məlumat Fələstinin WAFA agentliyində dərc olunub.