Sepah İraqdan ABŞ və İsrailin dəstəklədiyi separatçı birləşmələri çıxartmasını istəyib

 İran İslam İnqilabı Keşikçiləri Ordusu İraqı Amerikanın və İsrailin dəstəklədiyi qruplaşmaları çıxartmağa çağırıb və əks təqdirdə hücumların davam edəcəyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Ordusunun Baş Komandanının müavini, briqada generalı Əli Fədəvi Mehr-ə deyib.

İran İslam İnqilab Keşikçiləri Ordusu generalı ötən bazar günü İraqın Kürdüstan bölgəsində silahlıların qərargahına edilən hücumlarla bağlı dəqiq kəşfiyyat və nəzarətin olduğunu təsdiqləyib.

O, öz bəyanatında bildirib ki, İran “terrorçuların qərargahını hədəf almaqdan əvvəl İraq hakimiyyətini və Kürdüstan Regional Hökumətini bu qərargahlara hücum barədə məlumatlandırıb və onları məhv edəcəyi barədə xəbərdarlıq edib.

İranlı general İraq və Regional hökumətdən ABŞ və İsraildən dəstək almaqda olan birləşmələri ölkədən çıxartmasını istəyib.