Çadda "Boko Haram" silahlıları 10 əsgəri öldürüb

Çadda "Boko Haram" silahlıları 10 əsgəri öldürüb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hücum Çad gölü ərazisində Buka Tullor adasında yerləşən ordu postuna həyata keçirilib. Ölən əsgərlərlə yanaşı, yaralılar da var.

"Boko Haram" 2002-ci ildə Nigeriyanın şimalında yaranıb, bu Afrika ölkəsində hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub. 2009-cu ildən "Boko Haram" aktiv terror fəaliyyətinə keçib. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”ı böyük məğlubiyyətə uğradıb və nəzarəti altında olan əraziləri xeyli azaldıb. Buna cavab olaraq silahlılar Nigeriyaya bitişik ölkələrdə, o cümlədən Çad gölünün sahillərində öz bazalarını qurmağa başlayıblar.