ABŞ-dan Husilərə: Beynəlxalq dəniz ticarətini təhdid etməyin!

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, ABŞ Yəməndə İranın dəstəklədiyi Husiləri dünya dəniz ticarətinə qarşı təhdidləri və müharibəni dayandırmaq üçün danışıqlar masasına qayıtmağa çağırıb. ABŞ-ın Yəməndəki səfiri Stephen Fagin, bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə Hadramut əyalətindəki Dabbe neft limanına edilən hücumdan sonra verdiyi açıqlamada Husilərin limanlara hücumları, limanlara zərər vermələrinin nəticəsində Yəmənlilərin yanacaq qıtlığının artıracağını deyib.

Müvəqqəti paytaxt Ədənə bir günlük səfəri zamanı baş nazir Muin Əbdülməlik və hökumət rəsmiləri ilə görüşlər keçirdiyini ifadə edən Fagin, Yəməndə dəstək və humanitar yardım səylərini baltalaya biləcək bir gərginlikdən narahat olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın dəstəklədiyi Səudiyyə-BƏƏ koalisiyası 2015-ci ilin martında Yəmənə hücuma başlayıb və hazırda işğal etdiyi Yəmənin neftini mənimsəməkdədir. Yəmən, Suriya və İraqın neftini oğurlayan, eyni halda dünyada müharibələrin əsas mənbəyi olan ABŞ, Yəmən xalqının öz hüquqlarını müdafiə etmək üçün həyata keçirdiyi hücumları beynəlxalq dəniz ticarəti üçün təhlükə olaraq görür.