KTMT sammiti və Putinin səfəri öncəsi İrəvanda etiraz aksiyası

Sabah İrəvanda keçiriləcək KTMT sammiti öncəsi Milli-Demokratik Qütb bu gün etiraz aksiyası keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Qaregin Njdenin heykəlinin yanından başlayan yürüş iştirakçıları anti-Rusiya şüarları səsləndirib: “düşmən Rusiya”, “düşmən KTMT” sentyabrda baş verən qanlı toqquşmalardan sonra həmin hərbi ittifaqın heç bir dəstək göstərmədiyini bildirib. 

Qütb üzvləri bəyan ediblər ki, KTMT ölkələri liderlərinin, xüsusən də Ermənistana dost olmayan və hətta “düşmən münasibətdə olan” Rusiya Federasiyasının prezidenti Vladimir Putinin səfərinə layiqli reaksiya verilməlidir. Sabah onlar da, siyasi cəmiyyətin nümayəndələri də aksiya keçirməyə hazırlaşırlar.

Bu, Putinin 44 günlük müharibədən sonra Ermənistana ilk səfəridir.