Rusiya bu ölkərə neft və neft məhsulları satmacayaq

Rusiya qiyməti tavanı prinsiplərini tətbiq edəcək ölkələrə neft və neft məhsulları satmağı planlaşdırmır.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Rusiya özünün dünya bazarındakı etibarlı tədarükçü statusunu və bizim həkmarlarımızla qarşılıqlı əlaqələrlə bağlı bazar statusunu təsdiq edir. Bununla bağlı, qiymət tavanı prinsipini tətbiq edəcək ölkələrə neft və neft məhsulları tədarük etməyi planlaşdırmırıq“, – deyə o qeyd edib.

Rusiyalı rəsmi deyib ki, ölkəsi həmin tədarükləri bazar təmayüllü həmkarlarına yönəldəcək və ya hasilatı azaldacaq.

Novakın sözlərinə görə, enerji resurslarına qiymət tavanının tətbiqi, həmçinin energetikanın siyasiləşdirilməsi enerji təminatı məsələlərində yalnız və yalnız defisit və problemlərə gətirib çıxara bilər.

Xatırladaq ki, G7 ölkələri 23 noyabrda Rusiya nefti üçün maksimum qiymət həddi elan etmək niyyətindədir.