Səbuhi Səlimov 17 il müddətinə azadlıqdan məhrum edilib (yeniləndi)

 

Xəbər verdiyimiz kimi bu gün birinci Qarabağ müharibəsi qazisi Səbuhi Səlimovun məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədirliyi ilə baş tutan məhkəmədə S. Səlimova hökm oxunub. Belə ki, cinayət məcəlləsinin 274 -cü maddəsi, dövlətə xəyanətdə ittiham olunan fəal 17 il müddətinə azadlıqdan məhrum edilib. 

 

***********************************************************************

 

Bu gün ictimai fəal Səbuhi Səlimovun son məhkəmə iclasının baş tutacağı gözlənilir. Bu barədə Operativtv.com Səlimovun yaxınlarına istinadən məlumat verir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmədə şahidlərin dindirilməsi bitib. Bu günkü keçiriləcək iclasda dövlət ittihamçısının çıxış edəcəyi və Səbuhi Səlimova iş istiyəcəyi gözlənilir. Məhkəmə saat 16:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.