İran Kərkük yaxınlığında “Azad Kürdüstan Partiyası”nın mövqelərini bombalayıb

İran İslam İnqilabının Keşikçilər Ordusu İraqın şimalında separatçı kürd birləşmələrinin mövqelərini yenidən raket atəşinə tutub.

Operativtv.com SalamNews-a istinadən məlumat verir.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Ordusunun Quru Qüvvələri İraqın şimalında “Azad Kürdüstan Partiyası”nın (PAK) mövqelərini raketlərdən və kamikadze PUA-larla hədəfə almağa başlayıb.

Mənbə hücumun nəticələrini açıqlayacağını bildirib.

Qeyd edək ki, İran bundan öncə Ərbil və Süleymaniyyədə “Komala” təşkilatı və “İran Kürdüstan Demokratik Partiyası”nın mövqelərini hədəfə alıb.