ABŞ Dövlət Katibliyi Türkiyəni Suriyanın şimalında əməliyyatı dayandırmağa çağırıb

Vaşinqton: "Biz Suriyada sabitliyi pozan istənilən hərbi əməliyyata qarşıyıq."

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar Suriyada sabitliyi pozan istənilən hərbi əməliyyata qarşı çıxır.

Ned Prays əlavə edib ki, Vaşinqton Ankaraya bildirib ki, bu cür hücum bölgədə İŞİD-lə mübarizə hədəfinə mənfi təsir göstərir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında belə deyib: “Biz suriyalı tərəfdaşlarımızı hücum etməməyə və vəziyyəti gərginləşməməyə çağırdığımız kimi, Türkiyəni də bu cür əməliyyatlar keçirməməyə çağırdıq”.

O əlavə edib: “Biz Suriyada sabitliyə xələl gətirən və ya İraq hökuməti ilə razılaşdırılmayan hərbi əməliyyatlar vasitəsilə ölkənin suverenliyini pozan istənilən hərbi əməliyyata qarşı çıxmağa davam edirik”.

“Biz Türkiyənin cənubunda bir neçə mülki şəxsin ölümünə səbəb olan son hücumlara da qarşıyıq”, deyə o bildirib.

Qeyd edək ki, Türkiyə bir neçə gündür Suriya və İraqın şimalında PKK və YPG-ə qarşı hərbi əməliyyat həyata keçirir. Hərbi əməliyyatlar əsasən hava və raket zərbələri ilə həyata keçirilir.