Belarusun baş naziri İran və Suriyaya rəsmi səfərə gedir

Baş nazir İran və Suriya liderləri ilə danışıqlar aparmaq, həmçinin Belarus-İran biznes forumunda iştirak etmək niyyətindədir.

Operativtv.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə Belarus Nazirlər Kabinetinin Mətbuat xidməti rəsmi “Telegram” kanalında bildirib.

Deyilib ki, Belarusun baş naziri Roman Qolovçenko bu gün, çərşənbə axşamı İran və Suriyaya rəsmi səfərə gedir.

Məlumatda deyilir ki, “proqramda bir sıra şirkətlərə baş çəkməkdən əlavə, iki ölkə liderləri ilə danışıqlar, Belarus-İran biznes forumunda iştirak nəzərdə tutulur”.

Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, noyabrın 24-də baş nazir Soçiyə işgüzar səfər edəcək və burada Krasnodarın qubernatoru ilə görüşəcək.