12 November 2022

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Operativtv.com Report-a istinadən məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 24-cü dəqiqədə Kenni Sayef açıb. Rəhman Hacıyev isə 76-cı dəqiqədə son nöqtəni qoyub.

"ABŞ İrana hücum etməyə cəsarət edə bilməz"

İran Ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Purdestan ABŞ-ın İrana hücum etməyə cəsarəti olmadığını deyərək bildirib: "Əgər fitnəyə əl atırlarsa, bu, elmdən, hərbi qüdrətdən, xalqın varlığından və tədbirliliyindən qorxduqları üçündür".

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Briqada generalı Əhməd Rza Purdestan bildirib ki, İslam nizamının düşmənləri bütün münaqişələrə baxmayaraq, İrandakı son qiyamlarda birləşiblər.

İmam Əli (ə) ziyarətgahının İraq məktəblərinə dəstəyi davam edir

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Əli (ə) ziyarətgahının təşkilatçılığı və maliyyə dəstəyilə mebel ustalarının işi sayəsində İraq məktəblərinə dəstək davam edir.

Belə ki, ilk növbədə Nəcəf şəhərindəki məktəblərdə parta və digər məktəb mebellərinin hazırlanması və təmiri icra edilir.

Digər əyalət məktəblərdəki durum nəzərə alınaraq bu kampaniya genişlədilib.

Türkiyədə partlayış - Yaralılar var

Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində alüminium fabrikində partlayış baş verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Bayden və Sisi Fələstin məsələsini müzakirə edib

ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi Fələstində sakitliyin qorunması və Efiopiyanın tikintisini davam etdirdiyi Hedasi (Nahda) bəndi probleminin həlli məsələsini müzakirə ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Prezident Əbdülfəttah əs-Sisi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) Şarm əl-Şeyxdə keçirilən 27-ci Tərəflər Konfransı çərçivəsində ABŞ Prezidenti Co Bayden ilə görüşüb.

İsrail: Avropaya qaz tədarükünün artırılması illər çəkəcək

İsrailin Energetika Nazirliyi bildirib ki, Avropaya təbii qaz tədarükünü əhəmiyyətli dərəcədə artırmaq üçün bir neçə il lazımdır.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail və Misir enerji resurslarını Rusiyadan uzaqlaşdırmaq səyləri çərçivəsində iyun ayında Avropa İttifaqına daha çox qaz göndərmək üçün anlaşma memorandumu imzalayıb.

Türkiyə Prezidenti Qərbin Rusiyaya amansızlıqla hücum etdiyini bildirib

Rusiya sıradan bir dövlət deyil, güclü dövlətdir. Qərb, xüsusən də ABŞ Rusiyaya demək olar ki, amansız hücum edir.

Operativtv.com APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, bu halda Rusiya müqavimət göstərir.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşüb

Operativtv.com APA- ya istinadən xəbər verir ki, noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb

Tanzaniyada 10-ildir həbsdə olan 16 iranlı dənizçi azad edilib

Tanzaniyada həbsdə olan 16 iranlı dənizçi azad edilib.

Operativtv.com APA-nın Tehran bürosuna istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyi elan edib.
Bildirilir ki, Tanzaniyada həbsdə olan Sistan və Bəlucistandan olan 16 dənizçi İran İslam Respublikasının Xarici İşlər Nazirliyi və Tanzaniyadakı səfirliyinin səyləri ilə azad edilib və bu gün səhər geri qaytarılıb.

Türkiyə İsrailə səfir təyin edib

Operativtv.com Report-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Rəsmi Qəzet”də dərc olunan fərmana əsasən Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri təyin olunub.

Şakir Özkan Torunlar 1982-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1983-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayıb.

Klopp 34 min dollar cərimələndi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti" ilə matçdan sonra bir oyunluq cəzalanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Məhəmməd Salaha qarşı kobud oyuna görə "Liverpul"a cərimə zərbəsi təyin etmədiyinə görə matçın hakiminə qəzəblənib və nalayiq ifadələr işlədib.

Klopp bu hərəkətinə görə 34 000 dollar cərimələnib.

ABŞ-dan Rusiya, Çin və İranın qonşularına milyard dollarlıq silah satışı

Dünyanın ən böyük silah ixracatçısı olan ABŞ-ın oktyabr və noyabr aylarında qonşu Rusiya, Çin və İrana milyardlarla dollarlıq müdafiə sənayesi sistemləri satdığı üzə çıxıb. Operativtv.com Sputnik-in ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) Xarici Hərbi Satış (FMS) sistemindən topladığı məlumata görə, ABŞ oktyabr və noyabr aylarında Avropa, Asiya və Yaxın Şərqdən bir çox ölkəyə silah satmağa hazırlaşır.

İsraildə seçkilərində kimin qazanmasının bizim üçün fərqi yoxdur

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bugünkü çıxışında gündəmdəki məsələləri dəyərləndirib. Seyid Həsən Nəsrullah, Şəhidlər Günü münasibətilə etdiyi çıxışda "Hizbullahın 1982-ci il noyabrın 11-də sionist İsrailə qarşı həyata keçirdiyi əməliyyatda bir dəqiqədən də az vaxt ərzində 100-dən çox İsrail əsgər və zabiti zərərsizləşdirilib. Düşmən bu əməliyyatdan şoka düşüb və Livanda xəyalları puç olub.