Suriyanın cənubunda bir əməliyyatda 24 İŞİD üzvü zərərsizləşdirilib

Suriya Ordusu Dəra əyalətində İŞİD silahlılarının gizli sığınacaqlarına qarşı əməliyyat həyata keçirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı “Sülh Mərkəzi” bəyanat verib.

Bildirilib ki, Suriya Ordusu Dəra əl-Bələd bölgəsində İŞİD silahlılarına qarşı əməliyyat həyata keçirib.

Nəticədə 24 silahlı məhv edilib və altı bomba aşkarlanaraq zərərsizləşdirilib.

Əməliyyat Dəra əl-Bələd bölgəsində 300 obyektə şamil edilib. Daha 25 silahlı ələ keçirilib.

Məlumatda əlavə edilib ki, Dəra əyalətində yaraqlıların könüllü şəkildə təslim olması və silahlarını təhvil verməsi prosesi də davam edir.