Kərkükdə hava zərbələri nəticəsində beş İŞİD üzvü məhv edilib

İraqın Kərkük əyalətində İŞİD-in sığınacağına endirilən hava zərbələri nəticəsində terror təşkilatının azı beş üzvü məhv edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, Tuz-Xurmatu bölgəsində hava zərbələrinin yerinə baxış keçirilib və burada azı beş İŞİD üzvünün cəsədi aşkarlanıb.

Terror təşkilatı üzvlərinin sığınacağına baxış zamanı buradan çoxlu sayda silah sürsat aşkarlanaraq götürülüb.

Əyalətdə terror təşkilatının gizli sığınacaqlarının aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində addımlar davam etdirilir.