Dünya əhalisi 8 milyarda yaxınlaşır

Birləşmiş Millətlər Təşkilatının hesabatında deyilir ki, 15 noyabr 2022-ci ilə qədər planetdə insanların sayı 8 milyarda çata bilər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) icraçı direktoru Natalia Kanem deyib.

O, dünya əhalisinin səkkiz milyarda çatmasını "bəşəriyyət üçün mühüm hadisə" kimi qiymətləndirib və ömür uzunluğunun artması, körpə və ana ölümlərinin azalmasını üçün atılmalı olan addımlardan danışıb.

"Ancaq mən başa düşürəm ki, bu, hər kəsin mütləq qeyd edəcəyi bir an deyil. Bəziləri çox sayda insanla dolu bir dünyadan və yaşamaq üçün kifayət qədər resursdan narahatdırlar" deyə, BMT rəsmisi bu məsələyə görə narahat olmamağa çağırıb.

Həmçinin “Worldometers.info” statistika saytı da əhalinin 8 milyard insan həddinə yaxınlaşdığını bildirib.

Bildirək ki, dünya əhalisi ilk milyard nəfərə on doqquzuncu əsrin əvvəllərində çatıb.