Bloomberg: Almaniya və Hindistan arasında qaz münaqişəsi siyasi müstəviyə keçib

Almaniya və Hindistan arasında mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı ticarət mübahisələri iki ölkə arasında diplomatik mübahisəyə çevrilib. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə "Bloomberg" məlumat yayıb. 

Agentliyin məlumatına görə, Hindistanın “GAIL India Ltd” şirkəti hazırkı müqaviləyə əsasən, 2041-ci ilə qədər “Qazprom”un keçmiş törəmə müəssisəsindən hər il 2,5 milyon ton mayeləşdirilmiş təbii qaz almalıdır.  Hazırda Alman idarəçiliyi altında olan bu törəmə müəssisə "Sefe" adlanır. 

Lakin bu ilin may ayından etibarən şirkət artıq Rusiyanın Yamal yarımadasından yanacaq almaq imkanı olmadığından 17 partiya mayeləşdirilmiş təbii qazın daşımalarını həyata keçirməyib.

Nəşr qeyd edir ki, enerji problemini həll etmək üçün Hindistan və Almaniya məsələyə diplomatları cəlb edib.

Sentyabrda Almaniyanın "Qazprom"un törəmə şirkəti "Sefe"ni milliləşdirəcəyi xəbəri yayılıb.