İsraildə seçkilərində kimin qazanmasının bizim üçün fərqi yoxdur

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bugünkü çıxışında gündəmdəki məsələləri dəyərləndirib. Seyid Həsən Nəsrullah, Şəhidlər Günü münasibətilə etdiyi çıxışda "Hizbullahın 1982-ci il noyabrın 11-də sionist İsrailə qarşı həyata keçirdiyi əməliyyatda bir dəqiqədən də az vaxt ərzində 100-dən çox İsrail əsgər və zabiti zərərsizləşdirilib. Düşmən bu əməliyyatdan şoka düşüb və Livanda xəyalları puç olub. Bu, ilk əməliyyat azadlığın əsası oldu və bundan sonra düşmən geri çəkilmək fikrinə düşdü" deyib. Nəsrullah İsrail seçkilərinə də toxunaraq “İsrail seçkilərində kimin qalib olması bizim üçün önəmli deyil. Hamısı digərindən betərdir və hamısı qəddardır. İsrailin bütün hökumətləri və kabinetləri terrorçu və korrupsioner idi. Bu kabinetlər heç də fərqli deyil və hamısı ekstremistdir. Onlar axmaq düşmənlərdir və biz buna görə Allaha şükür edirik. Onların axmaqlığı onların ən qısa zamanda məhv olmasına səbəb olacaq".

ABŞ-ın bölgədəki siyasətlərinə də toxunan Nəsrullah Sezar qanununu və Livan, Suriya, İraq, Yəmən və İrana qarşı sanksiyaları pisləyib; İran Amerikanın fitnəsi və Qərb-İsrail oxuna qarşı növbəti dəfə böyük qələbə qazandı və Allahın ümidi ilə Tehranın qələbəsi davam edəcək” deyib.