Bayden şahzadə ilə görüşdən imtina edib

ABŞ Prezidenti Co Bayden Balidə (İndoneziya) keçiriləcək G20 sammiti zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla danışıqlar masası arxasına oturmağı planlaşdırmır.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
"Məhəmməd bin Salman Əl Səudla görüşmək üçün danışıqlar masası arxasında oturmaq planımız yoxdur", - deyə o qeyd edib.
Eyni zamanda ABŞ Prezidenti G20 sammiti çərçivəsində Çin lideri Si Cinpinlə danışıqlar aparacağını gözləyir.
Sallivan deyib ki, Bayden çinli həmkarına, Şimali Koreya indiki kursunu davam etdirsə, bu, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun artmasına səbəb olacağını söyləmək niyyətindədir.
Amerika liderinin köməkçisi əlavə edib ki, Bayden Si Cinpinlə danışıqların, görüşlərin artmasına və iki ölkə hökumətləri arasında gələcək qarşılıqlı fəaliyyətə səbəb olacağını gözləyir.
Oktyabrın sonunda “The Wall Street Journal” qəzeti mənbələrə istinadla yazıb ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi şəxsi söhbətlərində Baydeni tənqid edir, ona lağ edir və əqli qabiliyyətini şübhə altına alır. Məhəmməd bin Salman Əl Səud müşavirlərinə deyib ki, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampla işləməyə daha çox üstünlük verir.

Qəzetin yazdığına görə, Bayden iyul ayında keçirilən görüş zamanı söhbətində Səudiyyə Ərəbistanında insan haqları pozuntuları və 2018-ci ildə jurnalist Camal Qaşıqçının ölümünü xatırlatmaqla da Səudiyyə şahzadəsini qəzəbləndirib.

Bundan əlavə ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərdə gərginlik, OPEC+ ölkələrinin tələbatın mövsümi azalmasından əvvəl bazarı tarazlaşdırmaq üçün noyabr ayından neft hasilatını azaldacaqlarını elan etməsindən sonra yaranıb.

Bayden neft hasilatı kvotalarının azaldılması qərarından məyus olduğunu bildirib və ABŞ-ın mümkün cavabları araşdırdığı barədə xəbərdarlıq edib. O cümlədən, Bayden ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxmağa qərar verib.