Türkiyədə partlayış - Yaralılar var

Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində alüminium fabrikində partlayış baş verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.